Yevlax rayonunda ölüm hadisəsi baş verib.
Medialive.az-ın məlumata görə, hadisə iyunun 17-si saat 20 radələrində Əkşəm kəndi ərazisində qeydə alınıb. Mingəçevir şəhər sakini, 1962-ci il təvəllüdlü Əjdər Cuma oğlu Pirimov atasına məxsus evdə ağır xəsarət alıb.
Hadisə yerindən müvafiq sənədləri olan “TOZ” markalı ov tüfəngi götürülüb.
Faktla bağlı araşdırma aparılır.




















