• HAQQIMIZDA
  • ƏLAQƏ
  • MEDİA KODEKSİ
Medialive.az
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm
No Result
View All Result
Medialive.az
No Result
View All Result
Ana Səhifə Sosial

Kanadaya aparacaqdılar, əsgərliyə gedirik - Nigar Fərhadım şirkətindən ŞİKAYƏT

18 İyun, 26 / 16:14
A A
Kanadaya aparacaqdılar, əsgərliyə gedirik - Nigar Fərhadım şirkətindən ŞİKAYƏT

Xaricdə təhsil almaq məqsədilə müraciət edən vətəndaş ödəniş etdiyi vəsaitin geri qaytarılmadığını iddia edir.

Medialive.az xəbər verir ki, şikayətçi Daşqın İsmayılov Ajans.az-a müraciətində bildirib ki, qardaşı ilə birlikdə Kanadada təhsil almaq üçün vasitəçi şirkət olan “AİD GROUP”a ümumilikdə 11 min 145 manat ödəniş ediblər. Onun sözlərinə görə, onlara hərbi xidmətə çağırış gələnə qədər Kanadaya göndəriləcəkləri və təhsillərini davam etdirəcəkləri vəd olunub.

Şikayətçi qeyd edib ki, hazırda hərbi xidmətə çağırış vərəqəsi daxil olub və onlar hərbi xidmətə yollanmağa hazırlaşırlar. Lakin verilən vədlərə baxmayaraq, Kanadaya göndərilmədiklərini iddia edir.

Onun sözlərinə görə, ailəsi bu vəsaiti borc-xərc hesabına toplayaraq ödəyib və hazırda həmin borcları qaytarmaqda çətinlik çəkir. Şikayətçi bildirib ki, şirkətdən ödədikləri məbləğin geri qaytarılmasını tələb etsələr də, hələlik nəticə əldə edə bilməyiblər. O bildirir ki, bütün prosesdə şirkətin rəhbəri Nigar Fərhadın özü ilə əlaqə saxlayıblar. Prosesdə rəhbər olaraq özü də iştirak edib. Şikayətçi iddia edir ki, onlara 8000 manat maaş alacaqları işlə də təmin olunacaqlarını deyiblər. Prosesdə şirkətin əməkdaşı Röya Cəmilova da iştirak edib. Onlar pulu təqdim ediblər. O iddia edir ki, Nigar Fərhad onlara sistem bağlanacaq deyərək tələsik şəkildə müqaviləyə imza çəkdirib.

Daşqın İsmayılov iddia edir ki, şirkətdən onlara bildirilib ki, getdiyi yerdə işlə də təmin olunacaq.

“Məqsədimiz sadəcə ödədiyimiz pulun geri qaytarılmasıdır ki, rahat şəkildə hərbi xidmətimizə yollana bilək”, – deyə o vurğulayıb.

Şikayətçi iddia edir ki, bu problemlə üzləşən tək onlar deyil və oxşar vəziyyətdə olan yüzlərlə insan var.

Məsələ ilə bağlı “AİD Group”un mövqeyini öyrənmək üçün şirkətin mətbuat xidməti ilə əlaqə saxladıq.

Vətəndaşlar İsmayılov Daşqın və İsmayılov Aqşin 09 mart 2026-cı il tarixində “AID GROUP” Language MMC ilə Kanada və Amerika Birləşmiş Ştatlarında təhsil xidmətlərinin göstərilməsi məqsədilə rəsmi müqavilə bağlamışlar.

Müqavilə öhdəliklərinə uyğun olaraq, şirkət tərəfindən vətəndaş İsmayılov Aqşin üçün aşağıdakı ali təhsil müəssisələrindən qəbul məktubları əldə edilmişdir:

  •  Toronto Metropolitan University
  •  Wilfrid Laurier University
  • Simon Fraser University

Bu fakt bir daha göstərir ki, “AID GROUP” Language MMC öz üzərinə götürdüyü öhdəlikləri peşəkar şəkildə yerinə yetirən, beynəlxalq təhsil sahəsində geniş təcrübəyə malik və tələbələrinin maraqlarını daim ön planda tutan şirkətlərdən biridir.

Vətəndaş İsmayılov Daşqın isə qəbul prosesinin tamamlanması üçün tələb olunan sənədləri və dil sertifikatını şirkətə təqdim etmədiyindən onun müraciəti yekunlaşdırıla bilməmişdir. Şirkət tərəfindən dəfələrlə əlaqə saxlanılaraq sənədlərin təqdim olunmasının vacibliyi bildirilsə də, müraciətçi öz üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirməmişdir.

Şirkətdən verilən məlumata görə, xaricdə təhsil şirkəti olaraq onların vəzifəsi tələbələrin sənədlərini hazırlamaq, universitetlərə müraciətlərini həyata keçirmək və qəbul prosesində peşəkar dəstək göstərməkdir. Tələb olunan sənədlərin təqdim edilməsi isə birbaşa müraciətçinin məsuliyyətidir.

Bundan əlavə, “AID GROUP” Language MMC viza verilməsinə zəmanət vermir və belə bir öhdəlik daşımadığını da qeyd ediblər. Viza ilə bağlı qərarlar yalnız müvafiq konsulluq və səfirliklər tərəfindən qəbul edilir.

Şirkət fəaliyyət göstərdiyi müddət ərzində yüzlərlə, hətta minlərlə tələbənin Kanada, ABŞ, Böyük Britaniya, Avropa ölkələri və digər nüfuzlu təhsil istiqamətlərində təhsil almasına dəstək göstərmiş, öz etibarlılığı və peşəkarlığı ilə müştərilərinin etimadını qazanmışdır. Şəffaf fəaliyyət prinsipləri, qanunvericiliyə uyğun iş modeli və tələbələrə göstərilən yüksək xidmət keyfiyyəti “AID GROUP” Language MMC-ni ölkənin tanınmış xaricdə təhsil şirkətlərindən birinə çevirmişdir.

Əvvəlki yazı

Yalçın Niftiyev SOCAR-da yüksək vəzifəyə təyin olundu

Növbəti yazı

Tanınmış iş adamı vəfat etdi - FOTO

Bənzər Xəbərlər

Azərbaycanda yumurta ucuzlaşdı - 1 qəpiyə satılır
İqtisadiyyat

Azərbaycanda yumurta ucuzlaşdı - 1 qəpiyə satılır

19.İyn.26 /13:49
Prezident daha iki fərman imzaladı
İlham Əliyev

Prezident daha iki fərman imzaladı

19.İyn.26 /13:47
Rüstəm İsayev vəfat etdi - FOTO
Sosial

Rüstəm İsayev vəfat etdi - FOTO

19.İyn.26 /13:34
Bu ölkədə səfirliyimiz təsis EDİLDİ
Siyasət

Bu ölkədə səfirliyimiz təsis EDİLDİ

19.İyn.26 /13:32
Gömrük borcu olanlar ölkədən çıxa bilməyəcək
Sosial

Gömrük borcu olanlar ölkədən çıxa bilməyəcək

19.İyn.26 /13:31
Hərbçilərə şad xəbər - Artım olacaq
Hərbi

Hərbçilərə şad xəbər - Artım olacaq

19.İyn.26 /13:28
Prezident fərman imzaladı
İlham Əliyev

Prezident fərman imzaladı

19.İyn.26 /13:25
Bu şəxslərin ölkədən gedişi məhdudlaşdırılacaq - RƏSMİ
Sosial

Bu şəxslərin ölkədən gedişi məhdudlaşdırılacaq - RƏSMİ

19.İyn.26 /13:24
Ali Məhkəmənin hakiminə ağır itki üz verdi
Sosial

Ali Məhkəmənin hakiminə ağır itki üz verdi

19.İyn.26 /13:21

XƏBƏR LENTİ

Azərbaycanda yumurta ucuzlaşdı - 1 qəpiyə satılır

Azərbaycanda yumurta ucuzlaşdı - 1 qəpiyə satılır

19 İyun, 26 / 13:49
Prezident daha iki fərman imzaladı

Prezident daha iki fərman imzaladı

19 İyun, 26 / 13:47
Rüstəm İsayev vəfat etdi - FOTO

Rüstəm İsayev vəfat etdi - FOTO

19 İyun, 26 / 13:34
Bu ölkədə səfirliyimiz təsis EDİLDİ

Bu ölkədə səfirliyimiz təsis EDİLDİ

19 İyun, 26 / 13:32
Gömrük borcu olanlar ölkədən çıxa bilməyəcək

Gömrük borcu olanlar ölkədən çıxa bilməyəcək

19 İyun, 26 / 13:31
Hərbçilərə şad xəbər - Artım olacaq

Hərbçilərə şad xəbər - Artım olacaq

19 İyun, 26 / 13:28
Prezident fərman imzaladı

Prezident fərman imzaladı

19 İyun, 26 / 13:25
Bu şəxslərin ölkədən gedişi məhdudlaşdırılacaq - RƏSMİ

Bu şəxslərin ölkədən gedişi məhdudlaşdırılacaq - RƏSMİ

19 İyun, 26 / 13:24
Ali Məhkəmənin hakiminə ağır itki üz verdi

Ali Məhkəmənin hakiminə ağır itki üz verdi

19 İyun, 26 / 13:21
Bakıda bu evlərin sahiblərinə yüksək məbləğdə pul veriləcək

Bakıda bu evlərin sahiblərinə yüksək məbləğdə pul veriləcək

19 İyun, 26 / 11:34
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • MEDİA KODEKSİ

© 2026 Medialive.az - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm

© 2026 Medialive.az - Xəbər Portalı.