Təhsil eksperti Etibar Əliyev özünün “Facebook” səhifəsində təhsil mövzusunda etdiyi paylaşımlara gələn reaksiyalardan və kitab təqdimatlarına olan maraqdan bəhs edib.
Medialive.az xəbər verir ki, ekspert öz çıxışında kitab təqdimatlarına gələn insanların sayının az olmasının onu ruhdan salmadığını qeyd edib: “Sevincimin həddi-hüdudu yoxdur. Kitab təqdimatlarıma “bəyənmə” işarəsi qoyanların sayı 20-50 nəfər arası olur. 5 nəfər olsa da, bəsdir”.
“Bir paylaşımımda lap çox sevinmişdim. Albert Eynşteynin “Uşaqlara müraciət” paylaşımıma 364 bəyənmə gəlmişdi. Hər halda Balaəliyə qoyulan 20.000 “bəyənmə”yə baxanda çox yaxşıdır. Darvinin təkamül təlimi var gücü ilə işləyir”.




















