Türkiyəli aktyor Mustafa Başalan vəfat edib.
Medialive.az xəbər verir ki, bu barədə kədərli xəbəri Türkiyə Aktyorlar İttifaqı rəsmi İnstaqram hesabında yayıb.
52 yaşında dünyasını dəyişən Mustafa Başalan Türkiyə televiziya və kino sənayesinin tanınmış simalarından biri olub. O, “Diriliş Ertuğrul”, “Çukur”, “Qassal” və “Son Gün” seriallarındakı rolları ilə tamaşaçıların yaddaşında qalıb.
Bundan başqa, aktyor “Siyah Kalp”, “Sahipsizler”, “Arka Sokaklar”, “Bir Gece Masalı”, “Deha”, “Kızılcık Şerbeti”, “Teşkilat”, “Gönül Dağı”, “Yasak Elma” və “Börü” kimi məşhur ekran işlərində də rol alıb.
Mustafa Başalanın ölüm səbəbi ilə bağlı hələlik rəsmi məlumat açıqlanmayıb.





















