• HAQQIMIZDA
  • ƏLAQƏ
  • MEDİA KODEKSİ
Medialive.az
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm
No Result
View All Result
Medialive.az
No Result
View All Result
Ana Səhifə Sosial

Bu, 16 yaşdan aşağı şəxslərə qadağan olundu - RƏSMİ

30 İyun, 26 / 12:04
A A
Bu, 16 yaşdan aşağı şəxslərə qadağan olundu - RƏSMİ

Şəxslərin platformada qeydiyyatına dair tələblər müəyyənləşir.

Medialive.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna təklif edilən yeni maddələrdə əksini tapıb. Layihəyə əsasən, 16 yaşı tamam olmamış şəxslərin platformada fərdi rəqəmsal hesablarının yaradılmasına yol verilmir.

Platformaların siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur.

Provayder platformada fərdi rəqəmsal hesabın yaradılması zamanı yaş məhdudiyyətinə nəzarəti təmin etmək üçün aşağıdakı texniki üsulların ardıcıl tətbiqini təmin etməlidir:

– şəxsin yaşının bəyan edilməsi; – şəxsin bəyan edilən yaşının dəqiqləşdirilməsi, habelə 16-18 yaş arası uşağın qanuni nümayəndəsinin fərdi rəqəmsal hesabın yaradılmasına razılığının alınması üçün bank kartı, elektron poçt ünvanı və mobil telefon nömrəsi üzrə məlumatların təqdim edilməsi.

Bu Qanunda qeyd edilən məlumatlar əsasında provayder şəxsin, habelə 16-18 yaş arası uşağın qanuni nümayəndəsinin elektron poçt ünvanına və mobil nömrəsinə sorğunun göndərilməsi, habelə ona məxsus bank kartından pul vəsaitinin çıxılması (geri qaytarılması şərtilə) vasitəsilə bəyan edilmiş yaşın yoxlanılmasını həyata keçirir. Qanunda nəzərdə tutulmuş texniki üsullarla aparılan yoxlama nəticəsində istifadəçinin yaşının 16 və ya yuxarı olduğu müəyyən edildikdə, fərdi rəqəmsal hesabın yaradılması təmin edilir. 16-18 yaş arası uşağın fərdi rəqəmsal hesabında provayder tərəfindən yerləşdiriləcək məzmunların və reklamların dairəsi, habelə onun platformadan istifadə saatları uşağın qanuni nümayəndəsi tərəfindən idarə edilir. Belə nəzarətin həyata keçirilməsi üçün provayder platformada zəruri funksionallığı təmin etməlidir.

Qanuni nümayəndələr 16-18 yaş arası uşaqların fərdi rəqəmsal hesablarına həmin funksionallıq əsasında aktiv nəzarət edilməsinə, habelə onların sosial şəbəkə platformalarından bu Qanunun tələblərinə uyğun şəkildə istifadə etməsinə cavabdehdirlər. Provayder şəxsin sosial şəbəkə platformasındakı davranışının mütəmadi olaraq təhlil edilməsini, bəyan edilən yaşı ilə bağlı əsaslı şübhələr olduqda təkrar yaş yoxlanılmasını təmin etməlidir. Bu zaman yaş tələbinin pozulması halları aşkar edildikdə həmin şəxsin fərdi rəqəmsal hesaba girişi dərhal məhdudlaşdırılmalıdır. Məhdudiyyət tətbiq edilmiş hesabların idarə edilməsi platformaların daxili qaydalarına uyğun olaraq tənzimlənir.

İstifadəçi yaşının yoxlanılması məqsədilə provayder topladığı fərdi məlumatlarla bağlı aşağıdakı tədbirləri həyata keçirə bilməz: – onları öz informasiya sistemində saxlamaq və ya üçüncü şəxslərə ötürmək; – onlardan yaşın yoxlanılması istisna olmaqla, kommersiya, hədəfli reklam (konkret istifadəçiyə yönələn) və ya digər məqsədlər üçün istifadə etmək. Provayder bu Qanunda qeyd olunan yoxlama prosesi başa çatdıqda dərhal toplanılmış fərdi məlumatların silinməsini təmin etməlidir. Provayder fərdi rəqəmsal hesabı olan şəxsin yetkinlik yaşına çatanadək yerləşdirdiyi məlumatların, paylaşdığı məzmunun və fərdi məlumatlarının özünün, yetkinlik yaşına çatmadığı halda qanuni nümayəndəsinin və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müraciəti əsasında, həmçinin daxili qaydalarında müəyyən edilmiş hallarda öz təşəbbüsü ilə silinməsini təmin etməlidir. 16-18 yaş arası uşaqların həyatına, sağlamlığına, cinsi toxunulmazlığına, şərəfinə, ləyaqətinə və qanunla qorunan digər hüquq və azadlıqlarına təhlükə yaradan zərərli məzmunların yayılmasının qarşısının alınması üçün provayder platformada fasiləsiz rejimdə fəaliyyət göstərən və operativ müdaxiləni təmin edən rəqəmsal həlləri tətbiq etməlidir. Belə halların qarşısının alınması üzrə provayderin texniki müdaxilə müddəti zərərli məzmunun aşkar edildiyi andan etibarən 24 saatdan artıq olmamalıdır. Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Əvvəlki yazı

Çörək almağa getmişdi, itkin düşdü

Növbəti yazı

Sahil Babayev önəmli açıqlama verdi - Artırılır!

Bənzər Xəbərlər

Bu yolda hərəkət məhdudlaşdırılır
Sosial

Bu yolda hərəkət məhdudlaşdırılır

30.İyn.26 /16:00
Daha 6 itkin-şəhid dəfn olunacaq - ADLAR
Sosial

Daha 6 itkin-şəhid dəfn olunacaq - ADLAR

30.İyn.26 /15:48
Əli Əsədov sərəncam imzaladı
Sosial

Əli Əsədov sərəncam imzaladı

30.İyn.26 /15:46
Pensiya, müavinət və təqaüdlərlə bağlı VACİB MƏLUMAT
Sosial

Pensiya, müavinət və təqaüdlərlə bağlı VACİB MƏLUMAT

30.İyn.26 /15:28
Şahin Babayev onlara yüksək vəzifə verdi
Sosial

Şahin Babayev onlara yüksək vəzifə verdi

30.İyn.26 /14:14
Bu şəxslərə 3 il hər ay müavinət ödəniləcək
Sosial

Bu şəxslərə 3 il hər ay müavinət ödəniləcək

30.İyn.26 /14:12
Bu hallarda saytlara giriş məhdudlaşdırılacaq
Media

Bu hallarda saytlara giriş məhdudlaşdırılacaq

30.İyn.26 /14:07
Vitse-spiker deputatın bu fikrinə ETİRAZ ETDİ
Parlament

Vitse-spiker deputatın bu fikrinə ETİRAZ ETDİ

30.İyn.26 /14:03
Nəriman Həsənzadənin son vəziyyəti AÇIQLANDI
Mədəniyyət

Nəriman Həsənzadənin son vəziyyəti AÇIQLANDI

30.İyn.26 /13:59

XƏBƏR LENTİ

Bu yolda hərəkət məhdudlaşdırılır

Bu yolda hərəkət məhdudlaşdırılır

30 İyun, 26 / 16:00
Daha 6 itkin-şəhid dəfn olunacaq - ADLAR

Daha 6 itkin-şəhid dəfn olunacaq - ADLAR

30 İyun, 26 / 15:48
Əli Əsədov sərəncam imzaladı

Əli Əsədov sərəncam imzaladı

30 İyun, 26 / 15:46
Pensiya, müavinət və təqaüdlərlə bağlı VACİB MƏLUMAT

Pensiya, müavinət və təqaüdlərlə bağlı VACİB MƏLUMAT

30 İyun, 26 / 15:28
Şahin Babayev onlara yüksək vəzifə verdi

Şahin Babayev onlara yüksək vəzifə verdi

30 İyun, 26 / 14:14
Bu şəxslərə 3 il hər ay müavinət ödəniləcək

Bu şəxslərə 3 il hər ay müavinət ödəniləcək

30 İyun, 26 / 14:12
Bu hallarda saytlara giriş məhdudlaşdırılacaq

Bu hallarda saytlara giriş məhdudlaşdırılacaq

30 İyun, 26 / 14:07
Vitse-spiker deputatın bu fikrinə ETİRAZ ETDİ

Vitse-spiker deputatın bu fikrinə ETİRAZ ETDİ

30 İyun, 26 / 14:03
Nəriman Həsənzadənin son vəziyyəti AÇIQLANDI

Nəriman Həsənzadənin son vəziyyəti AÇIQLANDI

30 İyun, 26 / 13:59
Sadələşdirilmiş icraat 10 gündən 30 günədək uzadılır

Sadələşdirilmiş icraat 10 gündən 30 günədək uzadılır

30 İyun, 26 / 13:57
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • MEDİA KODEKSİ

© 2026 Medialive.az - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm

© 2026 Medialive.az - Xəbər Portalı.