“Azərbaycanın Misirdəki görüşə dəvət edilməsi başlı-başlığında böyük hadisə idi. Belə ki, burada regiondakı sülh ilə bağlı ölkələr dəvət olunmuşdu və Azərbaycan dövlət başçısının da onların arasında iştirak etməsi, əlbəttə ki, əhəmiyyətli hadisə idi”.
Bu fikirləri Medialive-a açıqlamasında siyasi şərhçi Turab Rzayev Azərbaycan Prezidenti İlham Əliyevin Misirə səfərini şərh edərkən deyib.
Ekspertin fikrincə, dövlət başçısının Misirə dəvət edilməsi ona olan münasibətin göstəricisi idi:
“Bu dəvət Azərbaycanın dövlət başçısına olan münasibətin göstəricisi idi. Faktiki olaraq, Azərbaycanın dövlət başçısı bir neçə dövlətin liderindən – İtalyadan fərqli olaraq daha yaxşı yerdə əyləşdirilmişdi. Bundan başqa, dövlət başçısına xüsusi maraq, həm Türkiyə rəhbərliyinin, həm Misir rəhbərliyinin, həm də Ərəb rəhbərliyinin, hətta Trampın birbaşa maraq göstərməsi, onunla sohbət etməsi, vacib məsələlərdəndir. Burada bizim üçün vacib olan daha bir məqam odur ki, Yaxın Şərqin yeni təhlükəsizlik arxitekturası qurulur, qurulmalıdır və burada Türkiyə əsas rəhbər rolunu oynayacaq. Bu platformada S.Ərəbistanına, Misirə, eləcə də İsrailə böyük iş düşəcək. Azərbaycan Türkiyə ilə tandem şəkildə iştirak edəcək. Nəhayət, Yaxın Şərqdə yeni təhlükəsizlik arxitekturasının qurulmasında Azərbaycan bölgələrlə birlikdə iştirak etməkdə əzmlidir”.
Mikayıl Mirzəzadə




















