ABŞ Prezidenti Donald Tramp yayda Ağ Evin binasını dəyişdirməyəcəyinə söz versə də, artıq söküntülərə başlanılıb.
Medialive Qərb mediasına istinadən xəbər verir ki, bunu anonim Ağ Ev rəsmisi NBC xəbər portalına təsdiqləyib.
Belə ki, Ağ Evdə təxminən 8000 kvadratmetrlik bal zalı tikilir.
900 ilə 1000 nəfər arasında olması planlaşdırılan zalın təxminən 250 milyon dollara başa gələcəyi təxmin edilir.




















