ABŞ ordusu 150 milyard dollarlıq modernləşdirmə büdcəsini özəl kapital hesabına maliyyələşdirməyə hazırlaşır.
Medialive Financial Times-ə istinadən xəbər verir ki, Pentaqon tarixində ilk dəfə olaraq Wall Street investisiya nəhəngləri ilə görüşüb.
Yeni model investorlara hərbi obyektlər üzrə layihələr hazırlamaq hüququ verir. Bura daxildir:
Məlumat mərkəzlərinin qurulması,
Nadir torpaq minerallarının emalı müəssisələrinin yaradılması,
Səhm mübadiləsi və birgə investisiya proqramları kimi modellər gündəmdədir.
Pentaqon bu üsulla həm texnoloji infrastrukturunu yeniləməyi, həm də Çindən strateji asılılığını azaltmağı hədəfləyir.




















