“Nikol Paşinyanla görüş məhsuldar keçdi”.
Medialive xəbər verir ki, bu sözləri Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.
“Əminəm ki, bu, Gürcüstan və Ermənistan arasında əməkdaşlığın möhkəmlənməsinə töhfə verəcək”, – deyə o qeyd edib.
Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstanda işgüzar səfərdədir. O, Gürcüstanın baş naziri ilə görüşüb.




















