ABŞ Prezidenti Donald Tramp Ağ Evdə konqresmenlərlə birlikdə nahar edərkən bir vaxtlar necə ABŞ-nin ən yaxşı üçüncü prezidenti kimi təsvir edildiyindən danışıb.
Medialive Qərb mətbuatına istinadən xəbər verir ki, ilk ikisinin kim olduğu sualına dövlət başçısı Corc Vaşinqton və Abraham Linkoln cavabını verib.
“Vaşinqton və Linkolnu keçmək çox çətindir, lakin cəhd edəcəm. Amma, onlar səkkiz müharibəni bitirməmişdilər. Bizim isə doqquzuncu sülh xəbərimiz gəlir”, – deyə ABŞ prezidenti deyib.




















