Bəzi Aİ liderləri ABŞ və Rusiya prezidentləri arasında Budapeştdə keçiriləcək görüşdə iştirak etmək üçün can atırlar.
Medialive xəbər verir ki, bu barədə ABŞ-nin nüfuzlu “Politico” nəşri yazıb.
Nəşrin yazdığına görə, Avropa liderləri bu və gələcək oxşar görüşlərdə ən azı Zelenskinin iştirakını təmin etməyə çalışacaqlar.
Eyni zamanda, Avropa liderləri ABŞ prezidentinin əvvəllər tələb etdiyi kimi, Ukraynanın Rusiyaya ərazi verməsini istəmir. Bu baş verərsə, Baltikyanı ölkələr çaxnaşma içində qalacaq və bir sıra Avropa ölkələri kütləvi şəkildə yenidən silahlanmaya başlayacaq.




















