Rusiyalı müğənni Filip Kirkorov Alla Puqaçovanın bu yaxınlarda verdiyi geniş müsahibəyə reaksiya verib.
Medialive Rusiya mətbuatına istinadən xəbər verir ki, Kirkorov Puqaçovanın əla müsahibə verdiyini bildirib.
“Gözəl müsahibə. Nə deyə bilərəm? O, mənim üçün yaxın insandır. 10 ili həyatımdan silə bilməzsən. Mən ona minnətdaram. O, mənə çox şey öyrətdi. Mənim üçün bu, həyatımda xoşbəxt bir dövr idi. Dövrümüzün böyük müğənnisi”, – deyə Kirkorov Puqaçovaya təşəkkür edib.
Xatırladaq ki, Alla Puqaçova və Filip Kirkorov 1994-2005-ci illərdə evli olublar. Boşandıqdan sonra müğənni 2011-ci ildə ailə qurduğu teleaparıcı Maksim Qalkinlə münasibətə başlayıb.
2022-ci ildə cütlük Qalkinin anti-Rusiya davranışlarına görə ölkəni tərk edib.




















