Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Putin-Tramp görüşünün ləğv edilməsi ilə bağlı şayiələrə münasibət bildirib.
Medialive xəbər verir ki, sözçü yayılan məlumatları “informasiya alver”i adlandırıb.
O, bu fikri Kp.ru-ya verdiyi müsahibədə deyib.
Qeyd edək ki, bundan öncə NBC News-un jurnalisti Qaret Hake Budapeştdə ABŞ-Rusiya prezidentləri sammitinə hazırlığın dayandırıldığını açıqlamışdı.