“Kapital Bank”ın Bakı şəhərində fəaliyyət göstərən bəzi bankomatlarında problem müşahidə edilir.
Medialive-yə daxil olan şikayət məzmunlu məlumatda qeyd olunur ki, bir müddətdir bankın müxtəlif ərazilərində yerləşən bankomatlarında tam məbləği məxaric etməkdə çətinlik yaşanır.
Məlumata görə, istifadəçilər pullarını bütöv şəkildə bankomatlardan çıxararaq nağdlaşdıra bilmirlər.
Bunun isə səbəbini bankomatın tərkibində kifayət qədər vəsait olmamasında görürlər.
Məsələ ilə bağlı “Kapital Bank”a sorğu ünvanlamışıq.




















