• HAQQIMIZDA
  • ƏLAQƏ
  • MEDİA KODEKSİ
Medialive.az
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm
No Result
View All Result
Medialive.az
No Result
View All Result
Ana Səhifə Media

"Report" İnformasiya Agentliyinin 11 yaşı tamam olur

27 Oktyabr, 25 / 13:53
A A
"Report" İnformasiya Agentliyinin 11 yaşı tamam olur
“Global Media” şirkətlər qrupuna daxil olan “Report” İnformasiya Agentliyinin fəaliyyətə başlamasından 11 il ötür.
Medialive xəbər verir ki, Azərbaycanda azad mətbuatın fəaliyyəti üçün yaradılan münbit şərait, ictimaiyyətin onlayn xəbər resurslarına əlçatanlığının asanlaşmasını nəzərə alaraq, habelə ölkəmizin son illər genişmiqyaslı layihələrə qoşulması, mötəbər tədbirlərə ev sahibliyi etməsi barədə ictimaiyyətin daha dolğun informasiyalarla təmin olunması məqsədilə 2014-cü ildə “Report” İnformasiya Agentliyi onlayn media məkanında fəaliyyətə başlayıb.

Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərən agentlik ötən 11 il ərzində siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət və digər sahələr üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri operativ şəkildə işıqlandıraraq, özünə geniş oxucu auditoriyası toplayıb.

Yarandığı gündən agentliyin qarşıya qoyduğu məqsəd ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırmaq, ictimai-siyasi, iqtisadi proseslərlə bağlı analitik materiallar təqdim etmək, gündəmin vacib hadisələri ilə bağlı eksklüziv müsahibə, rəy və açıqlamalar yaymaq, Azərbaycanda və dünyada keçirilən irimiqyaslı tədbirləri xəbər, foto, video reportajlar vasitəsilə işıqlandırmaqdan ibarət olub.

İlk gündən eksklüziv xəbərlərə üstünlük verən agentlik bütün yerli saytlar üçün etibarlı istinad mənbəyinə çevrilib. Hazırda “Report”un özəl xəbərlərini gün ərzində çoxlu sayda yerli və xarici mötəbər kütləvi informasiya vasitələri istinadla dərc edir.

“Report” agentliyinin fəaliyyətində Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərin, postmüharibə dövrünün həqiqətlərinin, o cümlədən də işğaldan azad olunan ərazilərdə görülən bərpa-yenidənqurma işlərinin, həyata keçirilən layihələrin ölkə və dünya ictimaiyyətinə çatdırılması xüsusi yer tutur. Bu məqsədlə il ərzində 24/7 formatında fasiləsiz çalışan Report.az saytında dərc olunan xəbərlər, şərhlər rus və ingilis dillərinə operativ şəkildə tərcümə olunur.

Hazırda “Report”un ölkə ərazisində müxbir postları mövcuddur, bölgələrin sosial-iqtisadi inkişafı ilə bağlı materialların hazırlanmasına xüsusi diqqət yetirilir. Eyni zamanda Agentliyin Türkiyə, ABŞ, Fransa, Gürcüstan, Ukrayna, Rusiya və Qazaxıstanda, həmçinin Avropa İttifaqı ölkələri üzrə fəaliyyət göstərən xüsusi büroları həmin ölkələrdə baş verən mühüm hadisələri, Azərbaycanla həmin ölkələr arasında əlaqələrin inkişafı ilə bağlı məqamları, orada yaşayan azərbaycanlıların fəaliyyətini diqqətlə izləyir, müxtəlif səpkili yazılar hazırlayır.

Agentlik Azərbaycanda ixtisaslaşmış jurnalistlərin hazırlığına da töhfə verməyə davam edir. Media sahəsində peşəkar kadrlar yetişdirmək, dünya mətbuatının yararlandığı müasir trendləri gənc jurnalistlərə aşılamaq məqsədilə agentlikdə 2018-ci ildən Report Media Məktəbi fəaliyyət göstərir. İlk illərdə məktəbə tələbə qəbulu yalnız Azərbaycan dilində aparılsa da, hazırda həm də rus dilində aparılır. Bu günədək 19 qrup media məktəbinin məzunu olub. Məktəbdə tədrisin ən yeni üsullarla aparılması, gənclərin praktik bilik və bacarıqlarının gücləndirilməsi sayəsində onlarla gənc jurnalist “Report”da və digər KİV-də fəaliyyətə başlayıb.

Report.az mütəmadi olaraq irimiqyaslı beynəlxalq və yerli tədbirlərin informasiya dəstəkçisi kimi çıxış edir.

Agentlik həmçinin sosial mediada da geniş auditoriya toplayıb. Hazırda “Report”un bütün əsas platformalarda rəsmi səhifələri fəaliyyət göstərir. Son illər “Report.az” adı ilə fəaliyyət göstərən Youtube kanalı izləyicilər arasında xüsusi populyarlıq qazanıb və hazırda kanalın abunəçilərinin sayı 120 mini keçib.

Son illər “Report” İnformasiya Agentliyi həmçinin sənədli film istehsalında da öz sözünü deməkdədir. Agentliyin ərsəyə gətirdiyi “Parabüzən” sənədli filmi və “Xocalı. Son toy…” bədii-sənədli filmi tamaşaçılar arasında xüsusi rəğbət qazanıb.

Medialive saytı adından “Report”da çalışan həmkarlarımızı təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzulayırıq!

Əvvəlki yazı

Aİ Çinə qarşı sanksiyalardan narahat olmalıdır - KİV

Növbəti yazı

Taksi sürücüləri etiraza qalxdı: Vəsiqə almaq belədirsə, kartı nə zülmlə alacağıq? - VİDEO

Bənzər Xəbərlər

Əməliyyat keçirildi - 7 nəfər saxlanıldı
Sosial

Əməliyyat keçirildi - 7 nəfər saxlanıldı

29.Apr.26 /12:47
Kredit borcu olanlara XƏBƏRDARLIQ
Sosial

Kredit borcu olanlara XƏBƏRDARLIQ

29.Apr.26 /12:38
Şahin Mustafayev Ermənistana getdi
Siyasət

Şahin Mustafayev Ermənistana getdi

29.Apr.26 /12:35
Kişi ilə getdiyi hoteldən meyiti tapıldı
Dünya

Kişi ilə getdiyi hoteldən meyiti tapıldı

29.Apr.26 /12:32
Sara Əzimovaya yeni vəzifə verildi
Sosial

Sara Əzimovaya yeni vəzifə verildi

29.Apr.26 /12:30
Prezidentin təltif etdiyi şəxs KİMDİR? - DOSYE
Sosial

Prezidentin təltif etdiyi şəxs KİMDİR? - DOSYE

29.Apr.26 /12:19
Pensiyalarla bağlı VACİB XƏBƏR
Sosial

Pensiyalarla bağlı VACİB XƏBƏR

29.Apr.26 /12:16
Hakimiyyət Xameneidən alındı – İranda XAOS başladı
Dünya

Hakimiyyət Xameneidən alındı – İranda XAOS başladı

29.Apr.26 /12:08
“Daha da yaxşı işləyəcəyəm” - Məzahir Pənahov
Sosial

“Daha da yaxşı işləyəcəyəm” - Məzahir Pənahov

29.Apr.26 /12:03

XƏBƏR LENTİ

Əməliyyat keçirildi - 7 nəfər saxlanıldı

Əməliyyat keçirildi - 7 nəfər saxlanıldı

29 Aprel, 26 / 12:47
Kredit borcu olanlara XƏBƏRDARLIQ

Kredit borcu olanlara XƏBƏRDARLIQ

29 Aprel, 26 / 12:38
Şahin Mustafayev Ermənistana getdi

Şahin Mustafayev Ermənistana getdi

29 Aprel, 26 / 12:35
Kişi ilə getdiyi hoteldən meyiti tapıldı

Kişi ilə getdiyi hoteldən meyiti tapıldı

29 Aprel, 26 / 12:32
Sara Əzimovaya yeni vəzifə verildi

Sara Əzimovaya yeni vəzifə verildi

29 Aprel, 26 / 12:30
Prezidentin təltif etdiyi şəxs KİMDİR? - DOSYE

Prezidentin təltif etdiyi şəxs KİMDİR? - DOSYE

29 Aprel, 26 / 12:19
Pensiyalarla bağlı VACİB XƏBƏR

Pensiyalarla bağlı VACİB XƏBƏR

29 Aprel, 26 / 12:16
Hakimiyyət Xameneidən alındı – İranda XAOS başladı

Hakimiyyət Xameneidən alındı – İranda XAOS başladı

29 Aprel, 26 / 12:08
“Daha da yaxşı işləyəcəyəm” - Məzahir Pənahov

“Daha da yaxşı işləyəcəyəm” - Məzahir Pənahov

29 Aprel, 26 / 12:03
İlham Əliyev bu sazişi təsdiq etdi

İlham Əliyev bu sazişi təsdiq etdi

28 Aprel, 26 / 14:36
Facebook Twitter Telegram Instagram Youtube TikTok RSS
Adı: MİKAYIL MİRZƏ-ZADƏ RAUF OĞLU
VÖEN:1009271752
Domain adının sahibi: MİKAYIL MİRZƏ-ZADƏ RAUF OĞLU
Baş Redaktor: MİKAYIL MİRZƏ-ZADƏ RAUF OĞLU
Ünvan: Bakı şəhəri Yasamal Rayonu, Həsən Bəy Zərdabi 78E
Tel: 051-660-21-27
E-mail: medialiveaz@mail.ru

© 2025 Medialive.az - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm

© 2025 Medialive.az - Xəbər Portalı.