“Birləşmiş Ştatlar istənilən müharibələrdə iştirakdan qaçmağa üstünlük verəcək, lakin döyüşməli olsa, qəti şəkildə qalib gələcək”.
Medialive Qərb mediasına istinadən xəbər verir ki, bu fikirləri ABŞ Prezidenti Donald Tramp Yaponiyanın Yokosuka hərbi bazasında ABŞ-nin nüvə təyyarədaşıyan gəmisi USS Corc Vaşinqtonda amerikalı hərbçilərə müraciət edərkən deyib.
“Bundan sonra müharibədə olsaq, qalib gələcəyik” – deyə o əlavə edib.
Tramp onun sözlərinin siyasi baxımdan düzgün yol olmadığını etiraf edib, lakin bundan sonra söhbət ABŞ-ni müdafiə etməyə gələndə onun rəsmilərinin siyasi cəhətdən düzgün olmağa çalışmayacaqlarını vurğulayıb.




















