“Avropa gələcək təhlükəsizlik modeli və ruslarla və ukraynalılarla gələcək münasibətləri baxımından oyundan kənardadır”.
Medialive TASS-a istinadən xəbər verir ki, bu fikirləri Macarıstanın baş naziri Viktor Orban İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində deyib.
“Biz Ukraynadakı sülh prosesi üzərində tam nəzarəti ruslara və amerikalılara verdik. Təəssüf ki, biz bunda heç bir rol oynamırıq. Avropa tamamilə mənzərədən kənardadır. O, gələcək təhlükəsizlik modeli, ruslar və ukraynalılarla gələcək əlaqələri baxımından oyundan kənardadır”, – deyə Orban əlavə edib.
Orban yaxın vaxtlarda Trampla Macarıstan üçün vacib olan Rusiya neftinə qarşı sanksiyaları müzakirə etmək üçün Vaşinqtona səfər edəcəyini açıqlayıb.
“Macarıstana qarşı nöqteyi-nəzərindən sanksiyalar səhv idi. Biz həmişə Macarıstan üçün həll yolu tapmağa çalışacağıq”, – deyə nazir qeyd edib.
Qeyd edək ki, oktyabrın 22-də ABŞ Maliyyə Nazirliyi Rusiyanın “Rosneft” və “Lukoil” neft nəhənglərini onların 34 törəmə şirkəti ilə birlikdə “qara siyahı”ya salıb.
