Avropa İttifaqının Rusiyanın Qərbdə hərəkətsiz qalmış maliyyə aktivlərindən istifadə etmək niyyəti Rusiya ilə birbaşa münaqişəyə səbəb ola bilər.
Medialive Macar mətbuatına istinadən xəbər verir ki, bu fikirləri Macarıstanın baş naziri Viktor Orban vurğulayaraq Aİ-yə xəbərdarlıq edib.
“Münaqişənin daha da genişlənməsinin qarşısı Rusiya ilə Avropa arasında birbaşa danışıqlar yolu ilə alına bilər. Biz son bir neçə gün ərzində keçirdiyimiz görüşlərdə bunu israr etmişik”, – deyə Orban bildirib.
Qeyd edək ki, Orban daha əvvəl Aİ-nin Rusiya aktivlərinə həbs qoymasına qarşı olduğunu bildirərək, bunun Moskvanın sərt reaksiyasına səbəb ola biləcəyini iddia edib.
Macarıstanın baş naziri həmçinin qeyd edib ki, bu məsələni Rusiya Prezidenti Vladimir Putinlə məktublarında müzakirə edib.




















