CANLI
İqtisadiyyat

“Lukoil” Azərbaycandakı yanacaqdoldurma məntəqələrini satışa çıxardı

ABŞ-nin Rusiyanın iki böyük neft şirkəti – “Rosneft” və “Lukoil”, həmçinin onların törəmə müəssisələrini sanksiya siyahısına daxil etməsindən sonra, Rusiyanın enerji nəhəngi “Lukoil” xaricdəki bütün aktivlərini satışa çıxarmaq qərarına gəlib. Bu, o deməkdir ki, şirkət bu ölkələrdəki yanacaqdoldurma məntəqələrini də satışa çıxarır. 

Medialive Valyuta.az-a istinadən xəbər verir ki, şirkətin rəsmi açıqlamasında “Lukoil beynəlxalq aktivlərini satmaq niyyətindədir. Potensial alıcıların təkliflərinin qiymətləndirilməsi prosesi artıq başlayıb” ifadələrinə yer verilib.

Belə ki, ABŞ prezidenti Donald Tramp tərəfindən həyata keçirilən son sanksiyalar paketi çərçivəsində “Rosneft” və “Lukoil” kimi iki böyük Rusiya enerji şirkəti əsas hədəflər arasında olub. Bu qərar hər iki şirkətin və onların iştirakçı qurumlarının ABŞ-ın sanksiya siyahısına əlavə edilməsi ilə nəticələnib. Addım, xüsusilə “Lukoil”in Rusiya xaricindəki əməliyyatlarını çətin vəziyyətə salıb və şirkət yaranmış vəziyyət fonunda xaricdəki bütün aktivlərini satışa çıxarmaq qərarını rəsmən təsdiqləyib.

Türkiyə mediasına görə, “Lukoil” 2008-ci ildə 500 milyon dollardan artıq vəsaitlə Türkiyənin “Akpet” şirkətini satın alaraq bu ölkə bazarına daxil olub. Hazırda şirkətin Türkiyə üzrə 600-dən çox yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir.

canlı maç izlecanlı maç izlecanlı maç izlecanlı maç izletaraftarium24taraftarium24taraftarium24taraftarium24selcuksportstaraftarium24canlı maç izleselcuksportstaraftarium24canlı maç izletaraftarium24canlı maç izlecanlı maç izletaraftarium24canlı maç izletaraftarium24taraftarium24canlı maç izlecanlı maç izletaraftarium24canlı maç izletaraftarium24selcuksportscanlı maç