İspaniyanın baş naziri Pedro Sançes Senatın İctimai Müqavilələr və Korrupsiya Komitəsində ona yaxın oan şəxslərin cinayət əməllərini araşdıran dinləmələrdə iştirak edib.
Medialive xəbər verir ki, bu barədə“Bloomberg” məlumat yayıb.
Saatlarla davam edən dinləmənin əvvəlində Sançes Santos Cerdan və Xose Luis Abalosun cinayət əməlləri barədə məlumatı inkar edib.
Bu, İspaniyanın yaxın tarixində ikinci dəfədir ki, vəzifədə olan baş nazir parlamentin təhqiqat komissiyasına çağırılıb.
Qeyd edək ki, iyunda Sançesin ən yaxın adamlarından biri olan Santos Cerdan mütəşəkkil cinayət, rüşvətxorluq və nüfuz alverində şübhəli bilinərək saxlanılıb. Cerdan Sosialist Partiyasının gündəlik fəaliyyətinə nəzarət edib.
Bundan əlavə, İspaniyanın baş nazirinin həyat yoldaşı Beqonya Qomez nüfuz alveri və korrupsiyada təhqiqat altındadır. Sançes və hökumət istintaqın siyasi motivli olduğunu iddia edərək bu ittihamları rədd edib.
Sançesin qardaşı da regional administrasiyadakı vəzifəsi ilə bağlı mümkün təsir alveri ilə bağlı cinayət təhqiqatı altındadır. Baş nazir bu ittihamları siyasi motivli hesab edib.




















