ABŞ Prezidenti Donald Tramp Qəzzada və Ukraynadakı sülhməramlı səyləri ilə cənnətdə yer qazanmağa çalışır.
Medialive xəbər verir ki, bu barədə “New York Times”də məqalə dərc edilib.
“Onun son iki dəfə cənnətdən danışması Qəzza zolağında əldə etdiyi atəşkəs və Ukraynada sülh razılaşması əldə etmək səyləri kontekstində idi. O, faktiki olaraq bunları özünün xilası üçün arqumentlər kimi təklif edib”, – deyə məqalədə bildirilir.
“Ola bilsin ki, 70 yaşını tamamlayan bir adamın hesablama aparması təəccüblü deyil. Amma bu, cənnətdəki layiqli yeri ilə bağlı şübhələr yaradan, ictimai özünütəhlillə nadir hallarda məşğul olan Tramp üçün təəccüblüdür”, – məqalədə qeyd edilib.




















