Çexiyada hakimiyyət koalisiyasının yaradılması haqqında saziş imzalanıb.
Medialive xarici mediaya istinadən xəbər verir ki, imza mərasimi TK Xəbər Agentliyinin onlayn televiziya kanalı vasitəsilə canlı yayımlanıb.
Hökumət koalisiyası ANO (Narazı Vətəndaşların Fəaliyyəti), SPD (Azadlıq və Birbaşa Demokratiya) və Motorist (Avtomobilçilər) hərəkatlarından ibarətdir.
Onlar parlamentin aşağı palatasında 200 deputatdan 108-nin dəstəyinə malikdir.




















