Rusiyalı turist dənizdə çimərkən itkin düşüb.
Medialive xəbər verir ki, bu barədə “The Phuket News” məlumat yayıb.
Hadisə noyabrın 3-də səhər saatlarında bir qrup rusiyalı turistin çimdiyi Naithon Beach-in cənub ucunda baş verib. Səhər saatlarında Dmitri Z. yoldaşlarının gözündən itib.
Dmitrinin sevgilisinin dediyinə görə, güclü dalğa onu suyun altına çəkib.
Dalğıclar çətin şəraitdə sahil bölgəsində axtarış aparsalar da, itkin düşən şəxsi tapa bilməyiblər. Polis və xilasedicilər də ətrafda axtarış aparıblar. Rəsmilər turistin axtarışlarının davam etdiyini bildiriblər.
Bundan əvvəl Türkiyə Bosfor boğazında itən rus üzgüçü üçün iki aydır davam edən axtarışları dayandırıb.
Qeyd edək ki, rusiyalı biznesmen tətilinin ilk günü Phuketdə boğularaq ölüb.




















