Məlum olduğu kimi, Çin Prezidenti Si Cinpin Cənubi Koreyada keçirilən APEC sammitində iştirak edib.
Medialive Türkiyə mətbuatına istinadən xəbər verir ki, Si görüşdə gülümsəyərək zarafat edib.
Dövlət başçısının bu gözlənilməz davranışları gündəm olub.
Sözügedən görüntülər Çin mətbuatında dərc edilməyib.
Yayımlanan şəkillərdən birində Trampın Sinə naməlum kağız uzatması əks olunub.
Digər kadrda isə Çin liderinin gözlərini yumaraq gülümsəməsi əks olunub.
Cənub Koreya lideri Si və həyat yoldaşına Çin istehsalı olan iki telefon hədiyyə edib.




















