Almaniyanın Hannover hava limanı noyabrın 5-də pilotsuz uçan aparatların fəaliyyəti səbəbindən 45 dəqiqə fasilələrlə üzləşib.
Medialive xəbər verir ki, bu barədə “Deutsche Welle” məlumat yayıb.
Eniş üçün yaxınlaşan təyyarələrdən birinin ekipajı pilotsuz uçan aparatı görüb bu barədə hava hərəkəti idarəsinə məlumat verdikdən sonra hava limanı bağlanıb. Pilotsuz təyyarə hava limanı yaxınlığındakı sənaye zonası üzərində uçurdu.
Dayanma səbəbindən üç reys başqa hava limanlarına yönləndirilib, daha bir neçəsi isə gecikib.
Bu, bir həftə ərzində üçüncü dəfədir ki, dronlar Almaniyada hava limanını bağlayır.
Qeyd edək ki, oktyabrın 31-də Berlin hava limanı iki saat, noyabrın 2-də isə Bremen hava limanı bir saat bağlanıb.




















