Belarus Prezidenti Aleksandr Lukaşenko vətəndaşları ölkənin ümumi inkişafına öz töhfələrini verməyə çağırıb.
Medialive “Belta”-ya istinadən xəbər verir ki, o, bu barədə Mozırda Pripyat çayı üzərində təmir edilmiş körpünün açılış mərasimində bildirib.
“Vəziyyət çox çətindir. Mən sadəcə olaraq hər şeyi sizin boynunuza atmıram. Həmişə sizdən bir şeyi xahiş etmişəm: mənə iqtisadiyyatı verin. Mənə körpülər, yollar, süd, ət və s. verin. Hərbi məsələlərə gəlincə, mən cavabdehəm; təhlükəsizlik mənim məsuliyyətimdir. Onların öhdəsindən gələcəm və onları necə idarə edəcəyimi də bilirəm. İndiyə qədər işlər az-çox qaydasında gedir” – deyə o bildirib.
“Ona görə də yaxşı iş görməyə hazırlaş. Unutma ki, sənin etmədiyini başqa heç kim etməyəcək. Mən yox, başqa heç kim. Hər kəs öz işini görməlidir. Hər kəs öz torpağına, öz işinə cavabdehdir və bunu görməlidir. Əsas odur. İntizam, nizam-intizam”, – Lukaşenko əlavə edib.




















