ABŞ Prezidenti Donald Trampın mətbuat konfransında yorğun görünməsi gündəm olub.
Medialive xəbər verir ki, “The Daily Beast” siyasətçinin qeyri-sabit davranışı barədə məlumat verib.
Media nümayəndələri ilə görüş zamanı 79 yaşlı siyasətçi yorğun görünüb.
O, vitse-prezident və dövlət katibi Marko Rubio arasında oturub.
Jurnalistlər Trampa Qazaxıstanın İbrahim razılaşmalarına qoşulmasının əhəmiyyəti barədə sual veriblər.
Prezident dərhal Vensdən suala cavab verməsini istəyib.
“Prezident İbrahim razılaşmalarında təsbit olunmuş təşəbbüsün ikinci administrasiya dövründə də davam edəcəyinə işarə edib. Yaxın aylarda onlara təkcə Qazaxıstan deyil, bir neçə başqa ölkə də qoşulacaq”, – vitse-prezident cavab verib.




















