“Panorama” adlı sənədli proqramda yanlış şəkildə redaktə edildiyi iddia edilən tənqid BBC daxilində böyük ajiotaj yaradıb.
Medialive.az xəbər verir ki, BBC-nin baş direktoru Tim Deyvi və xəbərlər direktoru Deborah Turness ABŞ prezidenti Donald Trampın çıxışlarının sənədli filmdə yanlış şəkildə redaktə edilməsi ilə bağlı tənqidlərdən sonra vəzifələrindən istefa veriblər.
Deyvi açıqlamasında bütün dövlət qurumları kimi BBC-nin də mükəmməl olmadığını bildirib.
Britaniya mətbuatı BBC-nin baş direktoru və xəbər direktorunun eyni gündə istefa verməsini “görünməmiş vəziyyət” kimi xarakterizə edib.
Mələk




















