Super Liqanın 12-ci həftəsində “Qalatasaray” “Kocaelispor”un evində qonaq olub.
Medialive.az xəbər verir ki, ev sahibi komanda Kocaeli Stadionunda keçirilən matçda 1-0 hesabı ilə “Qalatasaray”a qalib gəlib.
Matçı şərh edən Nihat Kahvecinin İkardi haqda dedikləri gündəm olub:
“İkardinin oynamağını görmədim, 98 dəqiqə nə etdiyini başa düşmədim. Matçın əvvəlində İkardinin mövqeyi barədə şərh verməzdim. İkardi ilə birlikdə meydana çıxan və ilk hissəni izləyən Okan Buruk, İkardinin meydanda olmadığını və komandanın oynamadığını görəndə, adından asılı olmayaraq, fasilədə onu meydana çıxara bilməli idi. Onu uduzmaqdan qaçmaq üçün meydandan çıxarmadı və bu gün 3 xal itirdi”.
Mələk




















