Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Gürcüstanda qəzaya uğrayan Türkiyəyə məxsus yük təyyarəsində ölənlərin adını açıqlayıb.
Medialive bu barədə NTV telekanalına istinadən xəbər verir.
O, qurbanların dəqiq sayını açıqlamayıb.
Ərdoğan axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib.
Qəzanın hansı şəraitdə baş verməsi ilə bağlı araşdırmalara da başlanılıb.
Bəzi məlumatlara görə, təyyarədə Türkiyə və Gürcüstandan olan hərbçilər olub.




















