CANLI
Siyasət

Kəmaləddin Heydərov Gürcüstan DİN ilə telefonla danışdı

Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması ilə əlaqədar Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Gürcüstan daxili işlər naziri Gela Geladze ilə telefonla danışıb.

Medialive xəbər verir ki, telefon danışığı zamanı baş vermiş faciə ilə əlaqədar vəziyyət müzakirə olunub.

Nazir K.Heydərov ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin qüvvələrinin axtarış-xilasetmə əməliyyatına dərhal qoşulmağa və digər müvafiq dəstək tədbirlərini görməyə tam hazır olduğunu diqqətə çatdırıb.

Gürcüstanlı nazir G.Geladze təşəkkür edərək, hər hansı ehtiyac yaranacağı halda sərhəddə hazır vəziyyətdə gözləyən Azərbaycan FHN-in xilasetmə qüvvələrinin əməliyyatlara cəlb edilməsi üçün müraciət olunacağını bildirib.

Qeyd edək ki, iki qurum arasında təmaslar davam edir.

canlı maç izlecanlı maç izlecanlı maç izlecanlı maç izletaraftarium24taraftarium24taraftarium24taraftarium24selcuksportstaraftarium24canlı maç izleselcuksportstaraftarium24canlı maç izletaraftarium24canlı maç izlecanlı maç izletaraftarium24canlı maç izletaraftarium24taraftarium24canlı maç izlecanlı maç izletaraftarium24canlı maç izletaraftarium24selcuksportscanlı maç