İsrail ordusunun radiosu bağlanıb.
Medialive “Times of Israel”a istinadən xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrail Katz deyib.
O, stansiyanın hərbi səylərə və mənəviyyata zərər verdiyi iddia edərək 2026-cı il martın 1-dək yayımını dayandırmağı əmr edib.
Katsın sözlərinə görə, o, tezliklə bu təklifi təsdiq üçün hökumətə təqdim edəcək.
Katz bildirib ki, o, stansiyanın bağlanmasına nəzarət etmək üçün Müdafiə Nazirliyi daxilində peşəkar komanda yaradacaq, mülki işçilərə ədalətli işdən çıxarılmaların təşkilində köməklik edəcək və musiqi üzrə ixtisaslaşan mülki radio stansiyası Galgalatz-ı qoruyub saxlayacaq.




















