Venesuela ABŞ hərbi gəmiləri və qoşunlarının Karib hövzəsində toplanmasına cavab olaraq hərbi personal, silah və texnikanın kütləvi səfərbərliyinə başladığını bildirib.
Medialive xarici mediaya istinadən xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Müdafiə naziri Vladimir Padrino Lopez elan edib ki, quru, hava, dəniz və ehtiyat qüvvələri təlimlər keçirəcək.
O, təlimləri ABŞ ordusunun güclənməsinin yaratdığı imperialist təhlükəyə cavab kimi qiymətləndirib.
Sərəncamı birbaşa Venesuela Prezidenti Nikolas Maduroya imzalayıb.




















