ABŞ-nin Kanzas ştatında bir ailənin fərqinə varmadan 5 il 2055 hörümçəklə yaşadığı ortaya çıxıb.
Medialive Mirror-a istinadən xəbər verir ki, evlərində arabir gördükləri heyvanlarla nadir hallarda maraqlanan ailə hörümçəklərdən 400-nün zəhərli olduğunu öyrənincə şoka düşüb.
Beş ildən sonra hörümçəklərin sayı artmağa davam edib və bu, ailəni zərərvericilərə qarşı mübarizə qruplarını çağırmağa vadar edib.
Rəsmilər dərhal tədbir görüblər, lakin bütün hörümçəkləri toplamaq təxminən altı ay çəkib.
Mütəxəssislər bu heyvanların qidalanmadan aylarla yaşaya bildiklərini və ümumiyyətlə kiçik yerlərdə məskunlaşdıqlarını qeyd ediblər.




















