Danimarkadakı Aalborg hava limanı üzərindəki pilotsuz təyyarənin olması şübhəsi səbəbindən qısa müddətə bağlanıb.
Medialive bu barədə Ritzau xəbər agentliyinə istinadən xəbər verir.
Bir gün əvvəl polis sosial mediada “bir və ya bir neçə PUA-nın Aalborg hava limanı ərazisində müşahidə oluna biləcəyindən xəbərdar olduqları elan edilib.
Hüquq-mühafizə orqanları buna görə də intensiv araşdırma aparıb.
Qeyd edək ki, sentyabrın sonlarında Danimarkada Karup və Skrydstrup aviabazaları və Holstebro kazarmaları, həmçinin bir neçə mülki hava limanı da daxil olmaqla hərbi obyektlərin yaxınlığında naməlum pilotsuz uçuş aparatlarının olduğu bildirilib.
AB sammiti ilə əlaqədar olaraq krallığın hava məkanı 29 sentyabr – 3 oktyabr tarixlərində mülki pilotsuz təyyarələr üçün bağlanıb.




















