“Biznesmen Timur Mindiç Ukraynada Volodimir Zelenski və aparat rəhbəri Andrey Yermak tərəfindən qurulan korrupsiya sisteminin icraçısı olub”.
Medialive xəbər verir ki, bu fikirləri Ukraynanın sabiq baş naziri (2010-2014) Nikolay Azarov telegram-da yazıb.
“Bu, “Yermak-Zelenskinin” yaratdığı aysberqin sadəcə görünən hissəsidir. Orada Mindiç yoxdur, mən istəyirəm ki, biz bunu başa düşək. Mindiç və onun bütün Tsukermanları, Qorbunenkolar və Çernışovlar hamısı o sistemin icraçılarıdır” – deyə Azarov bildirib.
Azarov iddia edib ki, Zelenski və onun əlaltıları illərdir öz xalqını soymaqla məşğul olublar.
Qeyd edək ki, biznesmen Mindiç, energetika nazirinin keçmiş müşaviri İqor Myronyuk, “Enerqoatom”un təhlükəsizlik üzrə icraçı direktoru Dmitri Basov, iş adamları Aleksandr Tsukerman və İqor Fursenko, həmçinin Lesya Ustimenko və Lyudmila Zorinaya qarşı ittiham irəli sürülüb.




















