CANLI
Sağlamlıq

Həkimlərin maaşının artırılması ilə bağlı YENİ AÇIQLAMA

Tibb işçilərinin maaş artımı bölgələrdə həkim çatışmazlığının həllinə təkan verəcək.

Medialive.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov komitənin sentyabrın 17-də keçirilən iclasında deyib.

O xatırladıb ki, son zamanlar İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB kimi qurumların fəaliyyətinin optimallaşdırılması ilə bağlı Prezident İlham Əliyev tərəfindən bir neçə sənəd imzalanıb:

“Bu istiqamətdə hazırda kifayət qədər ciddi tədbirlər həyata keçirilir və həmin qurumlarda islahatlar aparılır. Biz əminik ki, bu islahatlar müsbət nəticələnəcək və öz müsbət effektini verəcək”.

Deputat vurğulayıb ki, Birinci vitse-prezident Mehriban Əliyeva tibb işçilərinin əməkhaqqının artırılması təşəbbüsü ilə çıxış edib və bu təşəbbüs Prezident tərəfindən çox müsbət qarşılandı və 72 mindən çox tibb işçisinin əməkhaqqı artırılıb.

“Tibb işçiləri bundan sonra kifayət qədər, yəni müvafiq əməkhaqqı alacaqlar. Bu, xüsusilə bölgələrdə çalışan tibb işçilərinə aiddir.”

O qeyd edib ki, dəfələrlə burada müzakirə etmişik ki, bölgələrdə tibb işçilərinin qıtlığı var:

“Xüsusilə həkim çatışmazlığı ilə bağlı həm Səhiyyə Komitəsində, həm plenar iclaslarda, həm də dinləmələrdə bölgələrdə kadr və həkim çatışmazlığını həmişə müzakirə etmişik. Mən əminəm ki, tibb işçilərinin əməkhaqqının artırılması bu problemin həllinə böyük təkan verəcək”.

Ə.Əmiraslanov deyib ki, bu addım nəticəsində tibb işçilərinin illik əməkhaqqı fondu 189 milyon manat artırılıb.

“Bu, çox böyük rəqəmdir. Mən hesab edirəm ki, bu, tibb işçilərinin maddi rifahının yüksəldilməsi istiqamətində atılmış çox mühüm addımlardan biridir”.

sonbahissonbahissonbahissonbahisselçuk sportstaraftarium24canlı skorselçuk sportstaraftarium24sonbahis girişsonbahis girişsonbahis girişsonbahis girişcanlı maç izletaraftarium24selçuk sportscanlı maç izlecanlı maç izletaraftarium24canlı maç izleselçuk sportscanlı maç izle