ABŞ-nin Federal Aviasiya Administrasiyası ölkənin ən böyük 40 hava limanında gündəlik uçuşların sayına qoyulan məhdudiyyətləri aradan qaldırıb.
Medialive xəbər verir ki, bu barədə Qərb KİV məlumat yayıb.
Məlumata görə, fəaliyyəti dayandırılmış hava hərəkəti dispetçerlərinin vəzifə yerinə qayıtmağa başlaması və kadr probleminin tədricən həll olunduğu üçün qərar qəbul edilib.
Qurum həmçinin kosmik gəmilərin buraxılışına əvvəllər qoyulmuş məhdudiyyətləri aradan qaldırıb.




















