CANLI
Dünya

Tramp: ABŞ Venesuela ilə danışıqlar aparmağa hazırdır

ABŞ Prezidenti Donald Tramp Venesuela rəhbərliyinin ABŞilə danışıqlar aparacağına inanır.

Medialive xəbər verir ki, o, bunu noyabrın 16-da Floridadan Vaşinqtona yola düşməzdən əvvəl jurnalistlərə açıqlamasında deyib.

“Maduro ilə müzakirələrimiz ola bilər. Bunun hara getdiyini görəcəyik”, – Tramp deyib.

Trampdan həmçinin onun administrasiyasının Venesuela ilə bağlı mümkün hərəkətləri ABŞ Konqresi ilə koordinasiya edib-etmədiyini soruşublar.

“Biz Konqresin də iştirakını istərdik” – deyə Tramp cavab verib.