İran ABŞ-nin hücum edəcəyi halda bu ölkənin Yaxın Şərqdəki müttəfiqlərinin ərazilərindəki ABŞ bazalarına zərbə endirəcəyini açıqlayıb.
Medialive xəbər verir ki, bunu Reuters agentliyinə İranın yüksək vəzifəli rəsmisi bildirib.
ABŞ Prezidenti Donald Trampın etirazçıları dəstəkləmək üçün müdaxilə edə biləcəyi barədə təhdidlərdən sonra bu cür açıqlama böyük problemlərə yol aça bilər.
Qeyd edək ki, bir neçə gün öncə İranın ali dini lideri Əli Xamenei Trampa xəbərdarlıq edərək onun hakimiyyətinin devriləcəyini bildirib.




















