ABŞ Venesuelanın müvəqqəti hökumətinə təzyiq göstərir və ölkədə olan Rusiya, Çin, İran və Kubadan olan müşavirlərin ölkədən çıxarılmasını tələb edir.
Medialive xəbər verir ki, bu barədə The New York Times qəzeti məlumat yayıb.
ABŞ dövlət katibi Marko Rubio yanvarın 5-də Konqres liderləri ilə görüşdə Tramp administrasiyasının Venesuelanın yeni müvəqqəti lideri Delsi Rodrigezə qarşı tələblərini açıqlayıb.
ABŞ yuxarıda bu ölkələrdən kəşfiyyat və hərbi personalın çıxarılmasını, eyni zamanda bəzi diplomatların qalmasına icazə verilməsini istəyir.
Rubio Venesuelanın artıq ABŞ düşmənləri üçün strateji baza kimi xidmət edə bilməyəcəyini deyib.
Qeyd edək ki, Vaşinqtonun tələbləri yanvarın 3-də Prezident Nikolas Maduronu ələ keçirən ABŞ əməliyyatından sonra irəli sürülüb. Delsi Rodrigezin rəhbərlik etdiyi Venesuelanın yeni rəhbərliyi artıq Vaşinqtonla əməkdaşlıq etməyə hazır olduğunu bildirib.




















