Belçikalıların üçdə ikisi hesab edir ki, Brüssel Ukraynanın xeyrinə 210 milyard avrol Rusiya aktivlərinin müsadirəsinə razı olmamalıdır, çünki bunun 185 milyardı Euroclear platformasında dondurulub.
Medialive xəbər verir ki, bu məlumat “Ipsos” tədqiqat mərkəzinin RTL Info telekanalı və Le Soir qəzeti ilə birgə apardığı sorğuya əsasən yayılıb.
Məlumata görə, sorğuda iştirak edən belçikalıların 67%-i hökumətin Ukraynanın xeyrinə Rusiya aktivlərinin müsadirəsinə razı olmamalı olduğuna inanır və Belçika Baş naziri Bart de Veverin mövqeyini dəstəkləyir.
Respondentlərin 22 faizi Rusiya aktivlərinin müsadirəsini dəstəkləyir, 11 faizi isə mövzu ilə maraqlanmırlar.
Regional səviyyədə Belçika Baş nazirinin Rusiya aktivləri ilə bağlı mövqeyi də xalq tərəfindən dəstəklənir. De Veverin mövqeyi ən çox Flamand bölgəsində, Vallon bölgəsində və Brüsseldə bəyənilib.
Qeyd edək ki, dekabrın 12-də Avropa Birliyi Şurası Rusiyanın suveren aktivlərini birdəfəlik dondurmaq qərarına gəlib. Avropa Komissiyası 18-19 dekabr tarixlərində keçiriləcək sammitdə Aİ ölkələrindən onların müsadirə edilməsi ilə bağlı qərar almağa ümid edib.




















