Avropa İttifaqı 19-cu anti-Rusiya sanksiyalar paketi çərçivəsində dörd Çin şirkətinə məhdudiyyətlər qoyub.
Medialive xarici mediaya istinadən xəbər verir ki, bu barədə Aİ-nin rəsmi jurnalında dərc olunan Aİ Şurasının qətnaməsində deyilir.
Sanksiyalar Tianjin Xishanfusheng International Trading, Liaoyang Petrochemical Company, Chinaoil Corporation və Shandong Yulong Petrochemical şirkətlərinə tətbiq edilib.
Tətbiq edilən qadağalar arasında şirkətlərin Aİ-dəki aktivlərinin dondurulması, onlara maliyyə və iqtisadi resursların alınmasının qadağan edilməsi daxildir.
Aİ bu addımı onların Rusiya hökuməti üçün əhəmiyyətli gəlir mənbəyi təmin edən Rusiyanın enerji sektoru ilə əlaqəsini əsas gətirməklə və mövcud məhdudiyyətlərdən yayınmağa kömək etməklə əsaslandırır.




















