“Macarıstan Aİ-nin Rusiyadan neft və qaz tədarükünə qoyulan qadağadan yan keçməyin yollarını axtarmaq niyyətindədir və bu qərara qarşı çıxacaq”.
Medialive xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban Brüsseldə keçirilən Aİ sammitində deyib.
“Düzdür, bəzi Rusiya neft şirkətlərinə qarşı sanksiyalar var. Biz bu sanksiyalardan yan keçməyə çalışırıq”, – Orban bildirib.
O bildirib ki, emal zavodlarında Rusiya neftindən istifadə edən Macarıstanın MOL şirkətinin rəhbərliyi ilə məsələni müzakirə edib.
Orban mübarizənin davam edəcəyinə və bunun ciddi manevrlər tələb edəcəyini qeyd edib.




















