Litvanın müdafiə üzrə Avropa komissarı Rusiya ilə həmsərhəd Aİ ölkələrinə Ukrayna batalyonları yerləşdirməyi təklif edib.
Medialive xəbər verir ki, o, bu barədə Litvada keçirilən konfransda danışıb.
“Yaxşı olardı ki, Ukraynada sülh bərqərar olduqdan sonra Ukrayna ordusu öz döyüş təcrübəsi ilə Baltikyanı ölkələrdən, ilk növbədə Litvadan başlayaraq sərhəd bölgəsinin bütün ölkələrində iştirak etməyə hazır olsun. Onlar Avropa təhlükəsizliyinin əlavə təminatı olaraq rotasiyada olan alman briqadası və Amerika qüvvələri ilə çiyin-çiyinə orada olacaqlar”, – o bildirib.




















