Almaniyanın Rheinmetall müdafiə şirkəti Ukraynaya Lynx KF41 piyada döyüş maşınları (PDM) tədarük edəcək.
Medialive Rheinmetall-a istinadən xəbər verir ki, ilkin sifariş on milyonlarla avro dəyərindədir.
Bəyanatda qeyd olunur ki, şirkət Ukraynaya müdafiəsi üçün əlavə sistemlər tədarük edir. Ölkənin ilk Lynx KF41 piyada döyüş maşınlarını 2026-cı ilin əvvəlində alması planlaşdırılır. Bunun üçün müqavilə 2025-ci ilin dekabrında imzalanıb.
Həmçinin qeyd olunur ki, ilk beş PDM üçün sifariş on milyonlarla avro dəyərindədir və maliyyələşdirmə Almaniya tərəfindən təmin edilir.
Qeyd edək ki, Rheinmetall Almaniyanın ən böyük müdafiə şirkətidir.




















