CANLI
Gündəm

Amerika konqresmeni İsrailin planınə pozdu

ABŞ konqresmeni Set Moulton illərdir Amerikada tanınan İsrailyönlü lobbi AIPAC-dan barədə açıqlama verib.

Onun sözlərinə görə, Federal Seçki Komissiyasına (FEC) son müraciəti də bu qərarı əks etdirir.

Moulton bildirib ki, AIPAC-dan uzaqlaşmaq qərarı lobbinin İsrailin baş naziri Benyamin Netanyahu hökuməti ilə sıx əlaqəsindən qaynaqlanır.

“Mən İsrailin mövcud olmaq hüququnu dəstəkləyirəm, lakin onların səhv olduğunu düşünəndə açıq şəkildə AIPAC-a qarşı çıxdım”- deyib.

“Son illərdə AIPAC Netanyahu hökuməti ilə çox sıx əməkdaşlıq edir. Mən İsrailin dostuyam, amma indiki hökumətinin deyil. AIPAC-ın bugünkü missiyası bu hökuməti dəstəkləməkdir. Mən bu istiqaməti dəstəkləmirəm”.

Qeyd edək ki, İraqda xidmət etmiş keçmiş dəniz piyadası və konqresme Moulton xarici siyasətə diqqət yetirən mötədil demokrat kimi tanınır.