ABŞ administrasiyasının bəzi rəsmiləri hesab edir ki, Amerikanın İrana hər hansı müdaxiləsi Yaxın Şərqdə yeni bir müharibəyə səbəb olacaq.
Medialive xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.
Məlumata görə, Ağ Ev ABŞ-nin istənilən cavabının regionda gərginliyi artıra biləcəyindən, ABŞ, İran və İsrail arasında birbaşa qarşıdurmaya səbəb ola biləcəyindən narahatdır.
Qeyd edək ki, yanvarın 13-də ABŞ Prezidenti Donald Tramp dövlət katibi Marko Rubio, Pentaqon rəhbəri Pit Heqset və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn ilə İrana qarşı mümkün tədbirləri, o cümlədən hərbi hücumlar, kiberhücumlar və yeni sanksiyaları müzakirə edəcək.




















