CANLI
Dünya

Avropa Komissiyası hərbi şengen yaradacaq

Avropa Komissiyası 2027-ci ilə qədər Aİ daxilində qoşunların və hərbi texnikanın sərbəst hərəkəti zonası – hərbi Şengen yaratmağı planlaşdırır.

Medialive xəbər verir ki, bu barədə Brüsseldə keçirilən mətbuat konfransında Avropa İttifaqının vitse-prezidenti, Henna Virkkunen danışıb.

“Məqsədimiz bütün Avropa İttifaqı ərazisində qoşunların yerləşdirilməsini sürətləndirmək üçün “hərbi Şengen” yaratmaqdır” – deyə o qeyd edib.

Qeyd edək ki, AK-nin dərc etdiyi sənədlərə görə, sözügedən zona 2027-ci ilə qədər yaradılacaq.