Avropa Parlamenti (AP) İrana qarşı yeni sanksiyaların tətbiq olunmasına çağırır.
Medialive xəbər verir ki, bu barədə Avropa Parlamentinin Prezidenti Roberta Metsola danışıb
Metsola ötən gün Brüsseldəki iranlı nümayəndələrin AP binalarına girişini qadağan etdiyini açıqlayıb.
“Avropa tez bir zamanda hərəkətə keçməlidir. Buna görə də Avropa Parlamenti yeni sanksiyalara və Aİ-nin qətiyyətli tədbirlərinə çağırır. Biz Aİ səviyyəsində gələcəkdə görüləcək bütün tədbirləri dəstəkləyəcəyik”, – deyə Avropa Parlamentinin sədri fikirlərini yekunlaşdırılıb.




















